Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib - YENİLƏNİB

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib - YENİLƏNİB Qalıqları Ağdam rayonunun Sırxavənd kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərovun nəşi Sumqayıt şəhərinə gətirilib.
Daxili siyasət
20 Sentyabr , 2024 14:22
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərov dəfn edilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:59

Qalıqları Ağdam rayonunun Sırxavənd kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərovun nəşi Sumqayıt şəhərinə gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərov 1973-cü il dekabrın 27-də anadan olub. O, 1992-ci il sentyabrın 29-da Ağdam rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.

S.Səfərov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi