Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək

Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda Şuşa şəhərində ikigünlük seminar keçiriləcək.
Daxili siyasət
17 Sentyabr , 2024 17:23
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda Şuşa şəhərində ikigünlük seminar keçiriləcək.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, dini məsələlərlə bağlı həssas məqamlar haqqında jurnalistlərin biliklərinin artırılması məqsədilə keçiriləcək seminarda “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?”, “Dini radikalizmlə mübarizə və media”, “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzularında sessiyalar baş tutacaq.

Seminar çərçivəsində peşəkar media mütəxəssisləri və müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxışları dinləniləcək, interaktiv müzakirələr aparılacaq, habelə işğaldan azad olunmuş ərazilərə mediaturlar təşkil ediləcək.

Qeyd edək ki, ikigünlük seminara 30-dan çox media nümayəndəsi qatılacaq.

Son xəbərlər

Orphus sistemi