“Yaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlanılacaq. Bu, müasir Azərbaycan tarixinin ən böyük hadisəsi olacaq”.
“Report”un xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanın və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə formasının yaradılması ilə bağlı addımlar atılır: “Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Müdrik siyasət nəticəsində Azərbaycanın regionada iqtisadi gücü daha da artıb. Əldə edilmiş qələbə qarşıdakı illərdə davamlı islahatlarla yeni imkanlara çevriləcək. Yeni iqtisadi rayonların yaradılması formalaşmış obyektiv reallıqları əks etdirir. Yaxın dövrdə müstəqil Azərbaycanın yeni yaradılan iqtisadi rayonlarının inkişafının şahidi olacağıq"