Cahit Bağçı: "Qətliamın acısı hələ təzədir və sızıltısı ürəklərdədir"

Cahit Bağçı: "Qətliamın acısı hələ təzədir və sızıltısı ürəklərdədir" "Bu gün Xocalı şəhidlərini anmaq və qardaşlarımızın kədərini paylaşmaq üçün buradayıq".
Daxili siyasət
26 Fevral , 2022 12:20
Cahit Bağçı: Qətliamın acısı hələ təzədir və sızıltısı ürəklərdədir

"Bu gün Xocalı şəhidlərini anmaq və qardaşlarımızın kədərini paylaşmaq üçün buradayıq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O bildirib ki, qətliamın acısı hələ təzədir və sızıltısı ürəklərdədir: "Xocalıda 613 qardaşımız vəhşicəsinə qətlə yetirilib. Bu qətliamlar zamanı 4 000-ə yaxın insanın taleyi barədə hələ də məlumat yoxdur. Dünya bu qətliamlara qarşı kar və kor olub. Beynəlxalq hüquq işləməyib. BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilməyib. Amma Azərbaycan 44 günlük müharibə ilə zəfər qazandı".

Səfir qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri irəli səviyyədədir: "İki dövlət bir millət deyərək Azərbaycanla tək ürək olduq. Biz hər zaman Xocalını anmalı və heç vaxt unutmamalıyıq".

Son xəbərlər

Orphus sistemi