“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası: Seçkilərdə bütün təbəqələrin iştirakı təmin edilib

“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası: Seçkilərdə bütün təbəqələrin iştirakı təmin edilib Parlament seçkilərində səsvermə prosesi ümumilikdə normal keçib, namizədlər tərəfindən hər hansı şikayət daxil olmayıb, seçicilərə seçki məntəqəsinin komissiya üzvləri və ya digər şəxslər tərəfindən seçimlərinə təsir edə biləcək təzyiq halları qeydə alınm
Daxili siyasət
2 Sentyabr , 2024 16:16
“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası: Seçkilərdə bütün təbəqələrin iştirakı təmin edilib

Parlament seçkilərində səsvermə prosesi ümumilikdə normal keçib, namizədlər tərəfindən hər hansı şikayət daxil olmayıb, seçicilərə seçki məntəqəsinin komissiya üzvləri və ya digər şəxslər tərəfindən seçimlərinə təsir edə biləcək təzyiq halları qeydə alınmayıb.

"Report" xəbər verir ki, bunu “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının həmtəsisçisi, "Prioritet" Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri Zaur İbrahimli seçki gününün müşahidəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Seçki Müşahidə Koalisiyası 538 müşahidəçi ilə respublika üzrə 75 seçki dairəsində müşahidə aparıb:

"Müşahidəçilərimiz Xankəndi, Şuşa, Xocalı, Zəngilan, Füzuli, Laçın, həmçinin Naxçıvan Muxtar Respublikasında da olublar. Koalisiyanın müşahidəçiləri əsasən hər hansı məhdudiyyət olmadan seçki məntəqələrinə daxil ola bilsə də, bölgələri əhatə edən bəzi rayonlardakı bir neçə məntəqədə müxtəlif bəhanələrlə məntəqə sədrləri buna maneə yaratmağa çalışıb, lakin Koalisiyanın Mərkəzi Seçki Komissiyasına müraciətindən sonra problem operativ həllini tapıb.

Mərkəzi Seçki Komissiyası ölkə ictimaiyyətini səsvermənin gedişi və nəticələri haqqında davamlı məlumatlandırıb. Seçki məntəqələrində media subyektlərinin, jurnalistlərin peşə fəaliyyətini həyata keçirilməsinə tam şərait yaradılıb.
Səsvermə ümumilikdə, dinc şəraitdə keçib, seçki prosedurlarına əsasən əməl olunub. Müəyyən prosedur pozuntuları qeydə alınsa da, onlar sistematik və ya geniş yayılmış hal olmayıb, ümumi nəticələrə təsir etməyib".

Z.İbrahimli qeyd edib ki, səsvermə prosesində şikayət və müraciət mexanizmləri bütün iştirakçılar üçün əlçatan olub: "Səyyar səsvermə prosesi qanunvericilik və qaydalara uyğun həyata keçirilib. Seçkilər cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən əlilliyi olan şəxslərin inklüziv iştirakını təmin etmək üçün tədbirlərlə əhatə olunub.

Gender təmsilçiliyi qənaətbəxş səviyyədə olub. Lakin təəssüflə bildiririk ki, səsvermə günü bəzi namizədlərin və onların nümayəndələrinin seçki məntəqələrində süni qalmaqal, şou yaratmağa, güc tətbiq edərək seçki prosesini pozmağa çalışması cəhdləri də müşahidə edilib, hesab edirik ki, belə hallar qəbuledilməzdir".

Son xəbərlər

Orphus sistemi