“Xankəndidə yaşayırdım. İşıqlarımız yox idi, sağ olsunlar, dünən verildi”.
“Report”un Laçına ezam olunan əməkdaşının xəbərinə görə, bunu Qarabağın erməniəsilli sakini Valodya Stepanyan deyib.
O, yenidən Xankəndiyə qayıtmaq haqda qərar vermədiyini söyləyib: “63 yaşım var, tək adamam. Qayıtmaq haqqında hələ ki konkret qərar verməmişəm”.
O bildirib ki, vaxtilə azərbaycanlılarla bir yerdə işləyib: "O vaxt bizim rəis Dadaşov Nəzir idi, çox yaxşılıq edib mənə. Sizlərlə problem yaşamamışam”.