"Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin qaldırması bütün Azərbaycan xalqının hədəfidir".
"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
O xatırladıb ki, Qərbi Azərbaycan İcması tərəfindən Qayıdış Konsepsiyası hazırlanıb:
"Bu sənəd də BMT-nin rəsmi sənədi kimi yayılıb".
Nazir müavini qeyd edib ki, Qərbi Azərbaycana qayıdışla bağlı məsələdə populizmə yol vermək olmaz: "Bu, milli məsələdir".