XİN-in rəhbər heyəti Fəxri xiyabanı ziyarət edibAzərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.
Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.
"Report" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümündə Xarici İşlər Nazirliyinin rəhbər heyəti Fəxri Xiyabanı ziyarət edərək Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, müasir Azərbaycanın qurucusu, xalqımızın dahi liderinin əziz xatirəsini ehtiramla yad edib. pic.twitter.com/9g6mChALch