32 ildən sonra doğma torpaqda səs vermək qürurlandırır.
Bunu "Report"un Qarabağa ezam olunmuş müxbirinə Xocalı rayonunun Meşəli kənd sakini Məhəmməd Kazımov deyib.
O bildirib ki, doğma dədə-baba torpaqlarına qayıtdıqları üçün fərəh hissi yaşayırlar: "Seçki prosesi burada aktiv keçəcək. Seçicilərimiz hər biri seçkiyə gedəcək. İnşallah seçkilər azad Xocalımıza düşərli olacaq, layiqli namizəd qalib gələcək".