Bu il Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçirilə bilər.
Bu barədə “Report”a partiyadakı mənbə bildirib.
“YAP-ın növbədənkənar qurultayının keçirilməsi istisna edilmir. Hazırda bu məsələ partiyanın müzakirə mövzusudur”,- məlumatda qeyd edilib
Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.