“Yeni Azərbaycan Partiyası sədrinin müavinlərinin seçilməsi məsələsinə bu gün keçirilən qurultayda formalaşan yeni İdarə Heyətinin iclasında baxılacaq”.
Bu barədə “Report”a partiyanın İdarə Heyətinin üzvü Azər Badamov məlumat verib.
O bildirib ki, yaxın günlərdə İdarə Heyətinin yeni tərkibdə iclası keçiriləcək:
“İclasda partiya sədrinin müavinlərinin seçilməsi və təşkilati məsələlərə baxılacaq”.
Qeyd edək ki, bu gün keçirilən VII qurultayda əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb.