Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının sədri və sədr müavininin səlahiyyət müddəti müəyyənləşib.
"Report"un xəbərinə görə, bu barədə YAP Veteranlar Şurasının yeni Əsasnaməsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, Veteranlar Şurasının üzvləri, həmçinin sədri və sədr müavini YAP Sədrinin təqdimatı əsasında Qurultayın qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar.
Qeyd edək ki, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.