“Dövlət Yol Polisi əməkdaşının mənim avtomobilimi yolda gedərkən saxlaması ilə bağlı hələlik müvafiq dövlət orqanlarından zəng gəlməyib”.
Bunu “Report” TV-nin “Müzakirə vaxtı” verilişinin qonağı olan Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bildirib.
Partiya sədri dövlət orqanlarından zəng gözlədiyini qeyd edib:
“Mənə zəngin gəlməməsini də, buna reaksiya verilməməsini də hörmətsizlik kimi qiymətləndirirəm. Tədbir görülməsə, daha ciddi addımlar atacağam. Bunu da bilsinlər ki, onlar üçün daha ciddi problemlər yaranacaq”.