"Mühüm hadisələrdən biri də Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı oldu. Bu, təbii ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində yaradılıb və onun genişləndirilməsindən xəbər verir".
"Report" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
İnterkonnektorun açılmasının Bolqarıstana təbii qazın tədarükünə başlamağa imkan verdiyini vurğulayan dövlət başçısı bildirib:
“Bu, həmçinin interkonnektor vasitəsilə qonşu ölkələrə qaz təchizatının genişləndirilməsini nəzərdən keçirməyə şərait yaradır”.