Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu başa çatıb.
"Report"un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, iki gün davam edən tədbirdə Azərbaycanda fəaliyyət göstərən 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi, media təmsilçiləri, ictimai xadimlər iştirak ediblər.
Tədbirdə “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçirilib.
Sonda forum iştirakçıları Prezident İlham Əliyevə Azərbaycan QHT-lərinin Yaşıl Dünya Naminə Həmrəylik Müraciətini ünvanlayıblar.
Tədbirə bədii hissə ilə yekun vurulub.
![](https://static.report.az/photo/bad523f7-4760-3484-92d2-6a7f7f22f355_300.jpg)
![](https://static.report.az/photo/03493529-53eb-334a-a178-6598adf49bec_300.jpg)
![](https://static.report.az/photo/cbd452d4-aeef-3384-b02a-0ea6773af65f_300.jpeg)
![](https://static.report.az/photo/79e9cfa8-4bbb-3e11-9cde-8f858fbc2962_300.jpeg)
![](https://static.report.az/photo/62b72e7f-0c53-3816-ae9b-6bc78930574a_300.jpeg)
![](https://static.report.az/photo/d7637ecf-2e53-3579-a090-44c568281eb2_300.jpeg)
![](https://static.report.az/photo/dac73567-d408-3f71-8dc4-6a68cf43cb60_300.jpeg)
![](https://static.report.az/photo/e79ffb07-2d25-319f-9635-2e6f28848ed3_300.jpeg)