Zərdabda Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib

Zərdabda Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib Zərdab rayonunda Xocalı Soyqırımının 31-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Daxili siyasət
25 Fevral , 2023 14:45
Zərdabda Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib

Zərdab rayonunda Xocalı Soyqırımının 31-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunması ilə başlanılıb.

Sonra “Xocalı Soyqırımı”nın 31-ci ildönümünə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, Xatirə parkındakı abidənin önünə gül dəstələri qoyularaq şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu söyləyib, erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin gördüyü işlərdən geniş söz açılıb.

Eyni zamanda Vətən müharibəsində Azərbaycan Ordusunun uzun illər işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallığın yarandığı qeyd edilib.

Həmçinin 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldığını, şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi