"1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" mövzusunda müzakirələr aparılıb

"1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" mövzusunda müzakirələr aparılıb Tədbir hər iki ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb
Diaspor
25 Fevral , 2021 10:35
1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq mövzusunda müzakirələr aparılıb

Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi "1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" mövzusunda videokonfrans keçirərək, gerçək tarixi faktları müzakirə ediblər.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, konfransda komitə sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Abdullah Eren, Azərbaycan və Türkiyə alimləri və 30-a yaxın ölkədən 100-dən çox fəal diaspor gənci iştirak edib.

Tədbir hər iki ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri 44 günlük Vətən muharibəsində Azərbaycanin yanında olan, ölkəmizə böyük mənəvi dəstək göstərən Türkiyə dövlətinə və xalqına təşəkkürünü bildirib, iki qardaş xalqın diasporları arasında əməkdaslıgın güçləndirilməsinin əhəmiyyətini vurgulayıb. Qeyd olunub ki, 2018-ci ildə "Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandum"u imzalayan Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi eyni çoğrafiyanı bölüşən, eyni mədəniyyəti və tarixi olan, eyni dildə danışan xalqlarımızın diasporlarının da birgə platformalar və layihələr əsasında daha çox bir araya gəlməsi istiqamətində mühüm addımlar atır. Xocalı soyqırımının 29-cu ilində təşkil edilən konfrans da bu qəbildəndir. Əsrlər boyu Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiaları, uydurma ittihamlar irəli sürən, uzun illər ərzində xalqımıza qarşı işğalçı, təcavüzkar və etnik təmizləmə siyasəti həyata keçirən, 29 il öncə Xocalı soyqırımını törədən erməni millətciliyinə qarşı mübarizədə dövlətlərimiz və xalqlarımız daim ön sıralarda və bir-birinin yanindadır.

1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını erməni milliyyətçilərinin Azərbaycan və Türkiyə türklərinə qarşı təcavüzkar siyasətinin bariz nümunəsi kimi dəyərləndirən Abdullah Eren gənclərimizin bu məkrli planlardan məlumatlı olmasının önəmini vurğulayıb. Bu mənada belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını, Azərbaycan və Türkiyə diaspor gənclərinin ümumi düşmənə qarşı birlikdə mübarizə aparacağına əminliyini ifadə edib.

Sonra Dr.Mustafa Palabıyıkın "1915-ci il hadisələrini anlamaq" və tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun "1992-ci il Xocalı soyqırımını anlamaq" mövzularında məruzələri dinlənilib. Tarixçi alimlər 1915-ci il hadisələrinə və Xocalı soyqırımına aparan tarixi-siyasi proseslərə diqqəti cəlb ediblər. Bildirilib ki, müasir tariximizdə Xocalı kimi dəhşətli soyqırımı törədən ermənilərin 1915-ci illə bağlı uydurma iddiasına beynəlxalq hüquq çərçivəsində yanaşılması daha məqsədəuyğundur.

İki qurum arasında qarşılıqlı, faydalı əməkdaşlığa toxunan Abdullah Eren xüsusilə 44 günlük Vətən müharibəsində Türkiyənin qardaş Azərbaycana bütün səviyyələrdə mənəvi dəstək verdiyini, o cümlədən də Azərbaycan və Türkiyə diasporlarının birgə əməkdaşlığını vurğulayıb.

Dövlət Komitəsinin sədri hələ də hüquqi qiymət verilməyən Xocalı soyqırımı ilə bağlı dünyanın 50-dən çox ölkəsində müxtəlif məlumatlandırma kampaniyasının aparıldığını, yerli parlamentlərə müraciətlər, sosial şəbəkələrdə aksiyalar həyata keçirildiyini iştirakçılara çatdırıb. O, bu kampaniyalarda aktiv iştirakına görə diaspor gənclərinə təşəkkür edib və onları bu istiqamətdə daha fəal olmağa çağırıb.

Görüş Azərbaycan və Türkiyə diaspor gənclərinin suallarının cavablandırılması ilə yekunlaşıb.


Son xəbərlər

Orphus sistemi