ABŞ-da şəhid jurnalistlərin xatirəsi anılıb - VİDEO

ABŞ-da şəhid jurnalistlərin xatirəsi anılıb - VİDEO ABŞ-ın Şimali Karolina ştatında iyunun 4-də Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək şəhid olan AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi yad edilib.
Diaspor
14 İyun , 2021 12:28
ABŞ-da şəhid jurnalistlərin xatirəsi anılıb - VİDEO

ABŞ-ın Şimali Karolina ştatında iyunun 4-də Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək şəhid olan AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi yad edilib.

“Report”un yerli bürosunun xəbər verir ki, ştatın Raleigh şəhərinin mərkəzində, Kapitol binasının yaxınlığında yerləşən “Moore Square Park”ında baş tutan anım mərasimində qəhrəman jurnalistlərdən, habelə Ermənistanın işğalçılıq siyasətindən bəhs edən fotoşəkillərdən ibarət sərgi açılıb.

Anım mərasimində Şimali Karolina ştatında yaşayan azərbaycanlılar və yerli ictimayyət nümayəndələri iştirak ediblər.

“Azərbaycan Dostluq Təşkilatı”nın rəhbəri, informasiya texnologiyaları üzrə elmlər doktoru Adika İqbalın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan anım mərasimində şəhid jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Onların fotolarının önünə üç rəngli Azərbaycan bayrağı və qərənfillər qoyulub, şamlar yandırıb.

Anım mərasimi yerli əhalinin diqqətini cəlb edib. Onlar həmvətənlərimizə yaxınlaşıb baş verənlər haqqında məlumatlar alıblar. Həmvətənlərimiz öz növbəsində Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının minalanmış xəritələrini təhvil verməməsi ilə mülki əhali ölümə tərk ediyini bildiriblər.

Gün ərzində şəhər polisinin nəzarəti ilə keçirilən sərgi yerli medianın da gündəmi olub. Onlar şəhid jurnalistlərimiz haqqında xəbərlər yayımlayıblar.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi