Azərbaycan diaspor təşkilatları Niderland Hökumətinin qərəzli mövqeyi ilə bağlı bəyanatlar yayıblar

Azərbaycan diaspor təşkilatları Niderland Hökumətinin qərəzli mövqeyi ilə bağlı bəyanatlar yayıblar Azərbaycan diaspor təşkilatları Niderland Hökumətinin qərəzli mövqeyi ilə bağlı bəyanatlar yayıblar.
Diaspor
20 Sentyabr , 2024 12:59
Azərbaycan diaspor təşkilatları Niderland Hökumətinin qərəzli mövqeyi ilə bağlı bəyanatlar yayıblar

Azərbaycan diaspor təşkilatları Niderland Hökumətinin qərəzli mövqeyi ilə bağlı bəyanatlar yayıblar.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Niderland Krallığı hökuməti sentyabrın 13-də hazırkı səlahiyyət müddəti üçün planları özündə əks etdirən proqramı ictimaiyyətə təqdim edib və bu proqramın artmaqda olan münaqişələri əhatə edən “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad edilməsi “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd olunub:

"Niderland Krallığındakı Azərbaycan diaspor təşkilatları isə bununla bağlı etirazlarını bildiriblər. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, Hollanda Azərbaycan Türk Kültür Dərnəyi, Benelüks Azərbaycanlıları Konqresi, Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti Niderland Hökumətinin qərəzli mövqeyi barədə bəyanat yayıblar".

Bəyanatda Azərbaycanın öz torpaqlarını azad etməsinin “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi göstərilməsinin qəbuledilməz olduğu və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün atdığı addımları tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirdiyi vurğulanıb.

Bununla yanaşı, Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” kimi adlandırılması qətiyyətlə rədd edilib. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığı, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılmış və BMT-nin Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinadının vacibliyi diqqətə çatdırılıb.

Bəyanatın sonunda diaspor təşkilatları Niderland hökumətini obyektiv və balanslı yanaşmaya və Azərbaycanla münasibətlərə mənfi təsir edə biləcək bəyanatlardan çəkinməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi