Avqustun ortalarında ABŞ-də Azərbaycan Evi açılacaq.
Bunu “Report”a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
O, bu məqsədlə ABŞ-yə səfər etməyi planlaşdırdığını açıqlayıb.
F.Muradov Dövlət Komitəsinin Amerika universitetlərində gördüyü işləri də qeyd edib.
“ABŞ-də biz daha çox universitetlərdə işə başlamışıq. Çünki orada bütün proseslər təhsildən başlayır, ona görə də böyük universitetlərdə gənclərimiz tərəfindən Gənclər Birliyi yaradılıb".
Komitə sədri həmçinin bildirib ki, yaxın zamanda Çexiya və İraqda da Azərbaycan evinin açılması planlaşdırılır.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.