Gürcüstan DİN Dmanisidəki hadisələrlə bağlı açıqlama yayıb

Gürcüstan DİN Dmanisidəki hadisələrlə bağlı açıqlama yayıb Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Dmanisidə qarşı tərəfləri polisin qanuni tələblərinə əməl etməyə çağırıb
Diaspor
17 May , 2021 12:31
Gürcüstan DİN Dmanisidəki hadisələrlə bağlı açıqlama yayıb

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Dmanisidə qarşı tərəfləri polisin qanuni tələblərinə əməl etməyə çağırıb.

“Report”un yerli bürosu xəbər verir ki, qurum bununla bağlı rəsmi açıqlama yayıb.

DİN tərəfləri mübahisənin süni şəkildə etniklərarası qarşıdurmaya çevrilməməsi üçün sakitliyə çağırıb.

Bildirilib ki, qarşıdurmaların təkrarlanmasının qarşısını almaq üçün polis əməkdaşları Dmanisiyə səfərbər olunub və ictimai asayiş qorunur.

“Dmanisidəki vətəndaşları qanunun tələblərinə əməl etməyə çağırırıq. Polis mandatı çərçivəsində hərəkət edəcək və istənilən qanun pozuntusuna müvafiq reaksiya verəcək” – məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi