Gürcüstanın Telavi rayonunun Qaracala kəndində oğurluq hadisəsi baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, ötən gecə naməlum şəxs Lamiyə İlyasovanın evinə daxil olub və zinət əşyalarını oğurlayıb.
Polis qarəti törədən şəxsi artıq müəyyən edib. Onun saxlanılması üçün müvafiq istintaq tədbirləri həyata keçirilir.
Faktla bağlı oğurluq maddəsi üzrə cinayət işi açılıb.