Hikmət Hacıyev: "Növbəti mərhələdə diaspor nümayəndələri qarşısında mühüm çağırışlar var"

Hikmət Hacıyev: "Növbəti mərhələdə diaspor nümayəndələri qarşısında mühüm çağırışlar var" "Ermənistan Azərbaycanın beş bənddən ibarət sülh təklifi üzərində ciddi düşünməli və sülh müqaviləsini imzalamalıdır".
Diaspor
22 Aprel , 2022 15:14
Hikmət Hacıyev: Növbəti mərhələdə diaspor nümayəndələri qarşısında mühüm çağırışlar var

"Ermənistan Azərbaycanın beş bənddən ibarət sülh təklifi üzərində ciddi düşünməli və sülh müqaviləsini imzalamalıdır".

"Report" xəbər verir ki, bunu aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev vurğulayıb ki, növbəti mərhələdə diaspor nümayəndələri qarşısında mühüm çağırışlar var.

O vurğulayıb ki, Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin çıxışları informasiya blokadasının qarşısının alınmasında böyük rol oynadı:

“Diasporumuz da bu prosesdə aktiv iştirak etdi. Ancaq bu təbliğat müharibədən sonra da davam edir. Məsələn, bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qətnamədə göstərilir ki, guya işğaldan azad olunmuş ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələr dağıdılır. İşğaldan azad olunmuş ərazilərdə məhz Azərbaycan xalqının mədəni-tarixi abidələrinin dağıdılmasını görmürlərmi? Bu gün Qurultay Şuşada Realnı Məktəbin dağıdılmış binasının qarşısında keçirilir”.

Azad edilmiş ərazilərin minalarla çirklənməsindən danışan H.Hacıyev qeyd edib ki, hələ də Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə qədər azərbaycanlının taleyi barədə məlumat verilmir.

H.Hacıyev panel iclası zamanı sualları cavablandırarkən bildirib ki, bəzi hallarda xaricdə ictimai rəy yalnış məlumatlar əsasında formalaşır. Bunun qarşısını almaq üçün həqiqətləri çatdırmaq vacibdir:

"Qalib dövlət olaraq bizim üzərimizə təzyiqlər artacaq. Bu səbəbdən ictimai fikrə təsir göstərəcək tərəf müqabilləri ilə işləmək vacibdir.

Əvvəl bizim fəaliyyətimiz faciə üzərində qurulmuşdu. Dünən faciə Qarabağı vardısa, bu gün inkişaf edən Qarabağ var. Qarabağın yenidən qurulmasında öz töhfənizi verməyiniz çox vacibdir.

Diaspor fəaliyyətində diaspor təşkilatlarının arasında şəbəkələşmə vacibdir, vahid ideya ətrafında birləşmək vacibdir".

H.Hacıyev vurğulayıb ki, Azərbaycan ərazisində basdırılmış minalar kütləvi qırğın silahına bərabərdir:

"Minanın basdırılması ucuz başa gələn işdir, lakin çıxarılması böyük maddi resurslar tələb edir və bundan da ziyadə insan həyatına təhlükə yaradan amildir. Yaşadığınız ölkələrdə ictimai təşkilatlar qarşısında bu problemin qabardılmasına ehtiyac var.

Bu gun Azərbaycan dünya miqyasında şəhərsalmanın nümunələrini ortaya qoyur. Tamamilə dağıdılmış 9 şəhərimiz var, yenidən qurulması işlərinin həyata keçiririk. Tək Azərbaycanın deyil, dünyanın maddi mənəvi irsini məhv ediblər. Fəaliyyət göstərdiyiniz ölkələrdə mədəniyyət nümunələri ilə məşğul olan ictimai təşkilatlarla işləmək də vacibdir".

Son xəbərlər

Orphus sistemi