Kanadanın ictimai xadimləri ermənilərin Gəncədə raket zərbələri endirdikləri ərazidə olublar - YENİLƏNİB

Kanadanın ictimai xadimləri ermənilərin Gəncədə raket zərbələri endirdikləri ərazidə olublar - YENİLƏNİB Kanadanın ictimai xadimləri Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə raket zərbələri endirilən əraziyə baş çəkiblər.
Diaspor
4 İyun , 2022 14:30
Kanadanın ictimai xadimləri ermənilərin Gəncədə raket zərbələri endirdikləri ərazidə olublar - YENİLƏNİB

Kanadanın ictimai xadimləri Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə raket zərbələri endirilən əraziyə baş çəkiblər.

"Report"un Qərb bürosunun xəbərinə görə, rəsmi şəxslər qonaqlara ermənilər tərəfindən şəhərdə törədilən terror hadisələri ilə bağlı geniş məlumat veriblər.

Daha sonra onlar Gəncəyə səfərləri çərçivəsində Xan bağında və Nizami Gəncəvi Məqbərəsində olacaqlar.

10:50

Kanadada fəaliyyət göstərən ictimai, media və diaspor təşkilatlarının bir qrup təmsilçisinin Azərbaycana səfəri başlayıb.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Nümayəndə heyətinə Kanadanın Milli Etnik Mətbuat və Media Şurasının İdarə Heyətinin üzvü, Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri Toni Ruprext, jurnalist İnqa Söney-Kelner, Türk Federasiyasının xarici əlaqələr üzrə konsul əlaqələndiricisi İsmail Vataner və “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri Lalin Həsənova daxildir.

Lalin Həsənovanın təşəbbüsü ilə baş tutan səfər Azərbaycan həqiqətlərini, ölkəmizin ədalətli mövqeyini və Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları Kanada ictimaiyyətinə çatdırmaq, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Kanadalı qonaqların müxtəlif dövlət qurumlarında, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsində görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər çərçivəsində kanadalı qonaqlar bu gün Gəncə şəhərinə yola düşüblər.

Son xəbərlər

Orphus sistemi