“Kiyevdəki azərbaycanlıların böyük əksəriyyəti artıq şəhəri tərk edib”.
Bunu “Report”a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının Dnepropetrovsk üzrə nümayəndəsi Eldar Tağıyev deyib.
O bildirib ki, şəhərdə qatarlar işlədiyinə görə, insanlar özləri paytaxtdan çıxa bilirlər: “Bizə artıq müraciətlər, zənglər də gəlmir. Demək şəhərdə qalanlar yoxdur. Bir neçə nəfər diaspor əməkdaşları qalıb. Mən özüm də şəhərdən çıxmaq üçün yola düşmüşəm”.