“Dmanisidəki hadisələr mübahisə zəminində baş verib və millətlərarası ədavət üçün heç bir əsas yoxdur”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında deyib.
O, mübahisənin fikizi qarşıdurmaya keçdiyini bildirib: “Kvemo Kartlidə müxtəlif millətlərin nümayəndələri yaşadığından dava emosional qəbul olunub”.
İnsidentlə bağlı istintaqın aparıldığını qeyd edən qubernator bildirib ki, bu cür halların gələcəkdə baş verməməsi üçün müəyyən addımların atılması planlaşdırılır: “Biz hər iki tərəflə - etnik azərbaycanlılar və gürcülərlə görüşlər keçirəcəyik”.