Latviyada bütün ölkə üzrə yerli özünüidarəetmə (yerli parlament) ilə bağlı bu il iyunun 5-də baş tutacaq növbəti seçkilərə azərbaycanlının da namizədliyi qeydə alınıb.
“Report”un Avropa bürosunun məlumatına görə, bu, Valmiera bölgəsi üzrə namizədliyi yenidən qeydə alınmış deputat Vüqar Ecmanisdir.
Onun namizədliyi Latviya Fermerlər İttifaqı tərəfindən irəli sürülüb.
V.Ecmanis bütün Latviya üzrə bu seçkilərdə namizədliyi qeydə alınan hələ ki yeganə azərbaycanlıdır. O, əslən Azərbaycanın Kürdəmir rayonundandır.