Polşada “Krakov Muğam Gecəsi” adlı konsert keçirilib

Polşada “Krakov Muğam Gecəsi” adlı konsert keçirilib İyulun 30-da Krakov şəhərində “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə “Vətən” muğam qrupunun çıxış etdiyi “Krakov Muğam Gecəsi” adlı konsert təşkil olunub.
Diaspor
9 Avqust , 2024 18:10
Polşada “Krakov Muğam Gecəsi” adlı konsert keçirilib

İyulun 30-da Krakov şəhərində “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə “Vətən” muğam qrupunun çıxış etdiyi “Krakov Muğam Gecəsi” adlı konsert təşkil olunub.

"Report" xəbər verir ki, konsertdə Krakovda və Polşanın digər şəhərlərində yaşayan azərbaycanlılarla, türklərlə yanaşı dövlət qurumlarında çalışan bir çox polyak da tamaşaçı kimi iştirak edib.

Konsertdə xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbəliyev, kamança ifaçısı Pərviz Fərhadov və nağara ifaçısı Səyyar Teymurovun çıxışları maraqla qarşılanıb. Həmçinin, polyak əsilli Yolonta xanım “Sarı Gəlin” rəqsini ifa edib, konsertin sonunda “Yallı”ya bütün qonaqlar qoşulub.

Konsertdən sonra Azərbaycan mətbəxinə aid təamlar təqdim olunub. “Vətən Muğam Qrupu” Assosiasiya tərəfindən sertifikatla mükafatlandırılıb. Tədbir iştirakçıları Assosiasiyadan belə maraqlı konsertlərin tez-tez təşkil olunmasını xahiş ediblər.

Qeyd edək ki, bundan öncə Polşanın Belostok şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalında çıxış edən Muğam qrupumuz festival təşkilatçıları və tamaşaçılar tərəfindən müsbət rəy alıblar. Polşanın müxtəlif dövlət televiziyaları Muğam qrupundan müsahibə götürüb və soydaşlarımızın ifaları Polşa televiziya kanallarında göstərilib.

Son xəbərlər

Orphus sistemi