Qubernator: “Azərbaycanlılar ilə birgə layihələrə xüsusi maraqlıyıq”

Qubernator: “Azərbaycanlılar ilə birgə layihələrə xüsusi maraqlıyıq” Ukraynanın Ternopol vilayət administrasiyasının rəhbəri (qubernator) Volodimir Truş İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin qərbi Ukrayna üzrə sədr müavini Mətləb Nəcəfov ilə görüşüb.
Diaspor
27 Noyabr , 2021 17:43
Qubernator: “Azərbaycanlılar ilə birgə layihələrə xüsusi maraqlıyıq”

Ukraynanın Ternopol vilayət administrasiyasının rəhbəri (qubernator) Volodimir Truş İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin qərbi Ukrayna üzrə sədr müavini Mətləb Nəcəfov ilə görüşüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, görüş zamanı M.Nəcəfov azərbaycanlıların son zamanlar qərbi Ukraynada ictimai və siyasi fəallığı ilə yanaşı, iqtisadi sektorda da yeni dinamikası barədə məlumat verib, Konqresin ümumukrayna üzrə sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevin salamlarını və təkliflərini çatdırıb.

Volodomir Truş görüşdə bildirib ki, etnik xaqların, o cümlədən azərbaycanlıların bu kimi fəallığı qərb bölgəsinin yeni islahatlar dalğasına ciddi təkan verir:

“Burada yaşayan azərbaycanlılar ilə birgə layihələrə xüsusi maraqlıyıq. Mənim bu barədə öz təcrübələrim var. Çox istərdim ki, səylərimizi yeni Ukrayna naminə birləşdirək”, - o deyib.

Görüş qarşılıqlı təkliflərin müzakirəsi ilə davam edib.

Son xəbərlər

Orphus sistemi