Fuad Muradov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Fuad Muradov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.
Diaspor
24 Noyabr , 2021 17:16
Fuad Muradov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, F.Muradov ölkəmizin diaspor siyasəti və xaricdə yaşayan azərbaycanlılar barədə məlumat verib, Rusiyada yaşayan azərbaycanlıların ölkənin mədəni və ictimai həyatına sürətlə inteqrasiya etdiklərini bildirib.

Görüş zamanı sədr Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinin önəminə toxunub.

Mixail Şvıdkoy qloballaşan dünyada mədəni dialoq qurmağın vacibliyindən söz açıb. O bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlər mədəni sahələrdə də uğurla davam edir və rəsmi Moskva Azərbaycanla əməkdaşlığa böyük önəm verir.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Son xəbərlər

Orphus sistemi