Ukraynalı nazir azərbaycanlı gəncləri fəal əməkdaşlığa çağırıb

Ukraynalı nazir azərbaycanlı gəncləri fəal əməkdaşlığa çağırıb Ukraynanın gənclər və idman naziri Vadim Qutsayt Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev ilə görüşüb.
Diaspor
8 Oktyabr , 2021 14:37
Ukraynalı nazir azərbaycanlı gəncləri fəal əməkdaşlığa çağırıb

Ukraynanın gənclər və idman naziri Vadim Qutsayt Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev ilə görüşüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, görüş zamanı R. Tağıyev etnik azlıqların, o cümlədən azərbaycanlıların son zamanlar həyata keçiridyi yeni layihələr barədə məlumat verib.

O qeyd edib ki, xüsusilə Ukraynanın mədəni və sosial həyatında daha sıx tədbirlər keçirirlər. Tağıyev eyni zamanda etnik azlıqların, o cümlədən azərbaycanlıların ölkənin ictimai siyasi və idman sahəsi ilə yanaşı seçkili orqanlarda da fəallığını diqətə çatdırıb.

Nazir V. Qutsayt isə bildirib ki, Ukrayna etnik müxtəlifliyə malik ölkədir və ölkədəki etnik qruplara məxsus xaqların fəallığı onu məmnun edir:

“Məsələn, Ukrayna Azərbaycanlıları Gənclər İttifaqı (UAGT) buna misaldır”, - o əlavə edib.

Nazir azərbaycanlı gənclərin də fəallığını təqdir edərək, onları istənilən müvafiq layihələri ilə bağlı fəal əməkdaşlığa çağırıb. Sonda nazirlik ilə Assambleya arasında qarşılıqlı əməkdaşlıq memorandumunun imzalanması məsələsi müzakirə olunub. Görüşdə nazir müavini Andrey Çesnokov, Nazirliyin Gənclər siyasəti Departamentinin direktor müavini Alesya Kravçenko da iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi