Ukraynada azərbaycanlı nazir müavini təyin olunub

Ukraynada azərbaycanlı nazir müavini təyin olunub Ukraynada icmaların və ərazilərin inkişafı naziri müavini vəzifəsinə əslən azərbaycanlı, Timur Firudin oğlu Məmmədov (Tkaçenko) təyin olunub.
Diaspor
27 Sentyabr , 2024 22:11
Ukraynada azərbaycanlı nazir müavini təyin olunub

Ukraynada icmaların və ərazilərin inkişafı naziri müavini vəzifəsinə əslən azərbaycanlı, Timur Firudin oğlu Məmmədov (Tkaçenko) təyin olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Nazirlər Kabineti bununla bağlı sentyabrın 27-də qərar qəbul edib.

T. Məmmədov buna qədər Ukrayna strateji sənayelər nazirinin müavini olub. Onun atası Firudin Məmmədov Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri olub. F. Məmmədov 2023-cü ildə vəfat edib.

Son xəbərlər

Orphus sistemi