Ukraynada 2021-ci ilin ilk altı ayında yaşamaq icazəsi alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) Təşkilatından “Report”un Şərqi Avropa Bürosuna verilən məlumata görə, bu ilin yanvarın 1-dən iyulun 1-dək 2 238 nəfər Azərbaycan vətəndaşı Ukraynada yaşamaq izni alıb.
Ukrayna Dövlət Miqrasiya Xidmətindən UABD sorğusuna cavab olaraq daxil olan rəsmi məktubda bildirilir ki, bunlardan 1 549 nəfəri müvəqqəti, 689 nəfəri isə daimi yaşayış izni alanlardır.