Ümumdünya Vəhşi Təbiət Fondu Oxçuçay fəlakətini araşdıracaq

Ümumdünya Vəhşi Təbiət Fondu Oxçuçay fəlakətini araşdıracaq Ümumdünya Vəhşi Təbiət Fondu (World Wildlife Fund) ölkəmizin ərazisindən keçən Oxçuçayda Ermənistan və Almaniya şirkətlərinin törətdiyi fəlakətli vəziyyətlə əlaqədar İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının müraciətinə cavab verib.
Diaspor
7 İyul , 2021 15:47
Ümumdünya Vəhşi Təbiət Fondu Oxçuçay fəlakətini araşdıracaq

Ümumdünya Vəhşi Təbiət Fondu (World Wildlife Fund) ölkəmizin ərazisindən keçən Oxçuçayda Ermənistan və Almaniya şirkətlərinin törətdiyi fəlakətli vəziyyətlə əlaqədar İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının müraciətinə cavab verib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, fondun təmsilçisi Kimberli Danielsin imzası ilə Koordinasiya Şurasına ünvanlanan məktubda bu problemlə əlaqədar informasiya təqdim edildiyinə görə minnətdarlıq bildirilib. "Ümumdünya Vəhşi Təbiət Fondunun missiyası təbiəti qorumaq və Yer kürəsində həyatın müxtəlifliyinə ən ciddi təhlükələri azaltmaqdır. Baxışımız insanların təbiətlə harmoniyada yaşadığı bir gələcək qurmaqdır".

Qeyd edilib ki, soydaşlarımız bu mövzuda ediləcək hər hansı bir iş barədə məlumatı fondun www.worldwildlife.org internet ünvanından tapa bilərlər: "Bu məsələ üzərində işləyiriksə, yenilənmələr üçün veb saytımızı mütəmadi olaraq yoxlamağınızı rica edirik. Dünyanın qorunması işinə sadiqliyinizə görə təşəkkür edirik! Birlikdə dünyanı yaxşılığa doğru dəyişə bilərik".

Qeyd edək ki, Ümumdünya Vəhşi Təbiət Fondunun yalnız Twitter səhifəsində bir milyondan çox izləyicisi var.

Son xəbərlər

Orphus sistemi