Gürcü deputat: “Azərbaycanlı uşaqlar gürcü dilində hətta salamlaşa da bilmirlər”

Gürcü deputat: “Azərbaycanlı uşaqlar gürcü dilində hətta salamlaşa da bilmirlər” Gürcüstanın Vətəndaşlar Partiyasının sədri, deputat Aleksandre Elisaşvili etnik azlıqlara gürcü dilinin tədrisi ilə bağlı vəziyyəti fəlakət adlandırıb
Diaspor
22 Fevral , 2021 10:35
Gürcü deputat: “Azərbaycanlı uşaqlar gürcü dilində hətta salamlaşa da bilmirlər”
Aleksandre Elisaşvili

Gürcüstanın Vətəndaşlar Partiyasının sədri, deputat Aleksandre Elisaşvili etnik azlıqlara gürcü dilinin tədrisi ilə bağlı vəziyyəti fəlakət adlandırıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, ötən gün parlamentdə keçirilən dinləmələr zamanı təhsil naziri vəzifəsini icra edən Mixeil Çxenkelini bu məsələyə diqqət yönəltməməkdə günahlandırıb.

Deputat tez-tez Bolnisi, Marneuli, Tetritskaro, Qardabani, Dmanisi, azərbaycanlılar və ermənilərin yaşadığı digər kəndlərdə olduğunu bildirib:

“Uşaqlar gürcü dilində iki sözü bir-birinə bağlaya və salamlaşa da bilmirlər. Biz burada da özümüzü aldadırıq? Uşaqların gürcü dilində hansı bilikləri əldə etməsini kim və ya necə yoxlayır? Yaşlı nəsil az-çox gürcü dilində ünsiyyətə girir, uşaqlarla bağlı vəziyyət isə tam bir fəlakətdir. Bu məsələyə niyə diqqət etmirsiniz?”

Son xəbərlər

Orphus sistemi