Ukraynanın Xarkov vilayətində mərmi partlaması nəticəsində həlak olan azərbaycanlıların kimliyi məlum olub.
Bu barədə "Report"a Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan məlumat verilib.
Bildirilib ki, ötən gün Xarkov şəhərinin 5 kilometliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib.
Onların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır.
Ukraynanın Xarkov vilayətində yaşayan azərbaycanlı ailənin evinə mərmi düşməsi nəticəsində 3 nəfər ölüb.
Bunu “Report”a açıqlamasında Ukrayna Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib.
O bildirib ki, hadisə martın 4-də baş verib: “Nəticədə ev sahibi, həyat yoldaşı və ev sahibinin qayınanası dünyasını dəyişib. Ailənin üç uşağı valideynsiz qalıb. Onlardan böyüyünün 15, kiçiyinin 4 yaşı var. Həlak olanların hamısı yaxın qohumlarımdır. Çox ağır hadisədir”.