Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hədəfi cari il sentyabrın sonuna qədər planetin əhalisinin azı 10%-nin peyvəndlənməsinə nail olmaqdır və bu istiqamətdə irəliləyiş var.
"Report" xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
"Dünya əhalisinin vaksinasiya olunması istiqamətində təşkilata üzv olan dövlətlərin birgə çalışması vacibdir. Sentyabr ayının sonuna qədər dünya əhalisinin 10%-i, ilin sonuna qədər 40%-i və gələn ilin ortalarına qədər 70%-nin vaksinasiya olunması qarşıda duran əsas hədəfdir", - Qebreyesus vurğulayıb.
ÜST-ün məlumatına görə, pandemiya başlayandan bəri 214 milyon 468 min 601 nəfər koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 4 milyon 470 min 969 nəfər vəfat edib.
Avqustun 25-ə qədər dünyada 4 953 887 422 nəfər peyvənd olunub.