ABŞ Çinin texnologiya sahəsində fəaliyyət göstərən 7 superkompüter şirkətini “qara siyahı”ya salıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nazirliyi qərar qəbul edib.
Nazirlik həmin şirkətlərin əməliyyatlarının ABŞ-ın milli və beynəlxalq maraqlarına zidd olduğunu açıqlayıb.