ABŞ Çini Cənubi Çin dənizindəki hərbi təlimlərinə görə qınadı

ABŞ Çini Cənubi Çin dənizindəki hərbi təlimlərinə görə qınadı Pentaqon hesab edir ki, Çinin Cənubi Çin dənizində hərbi təlimlər keçirmək məqsədilə atdığı raketlər bölgədəki vəziyyəti gərginləşdirəcək.
Digər ölkələr
28 Avqust , 2020 07:35
ABŞ Çini Cənubi Çin dənizindəki hərbi təlimlərinə görə qınadı
0 : 00
0 : 00

Pentaqon hesab edir ki, Çinin Cənubi Çin dənizində hərbi təlimlər keçirmək məqsədilə atdığı raketlər bölgədəki vəziyyəti gərginləşdirəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. 

Bəyanatda bildirilib ki, "Pentaqon Çin Xalq Respublikasının (ÇXR) Cənubi Çin dənizindəki Parasel adaları ətrafında hərbi təlimlər keçirməsindən, o cümlədən ballistik raketlərin atılması barədə qərarından narahatdır" .

Bundan əvvəl "South China Morning Post" qəzeti yazmışdı ki, Çinin həm quruda, həm də dənizdəki hədəfləri vura bilən bu raketlərdən DF-26B tiplisi ölkənin şimal-qərbindəki Çinqhay əyalətindən, DF-21D tiplisi isə əksinə, şərqdəki Jecianq əyalətindən buraxılıb və hər ikisi Hainan adası ilə Parasel adaları arasındakı bölgəyə atılıb.

Qeyd olunur ki, hər iki raket hərbi təlimlər səbəbiylə bağlanmış əraziyə endirilib.

Son xəbərlər

Orphus sistemi