ABŞ-da sabiq polis əməkdaşı Derek Şovin afroamerikalı Corc Floydun qətlinə görə 22,5 il müddətinə azadıqdan məhrum edilib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Xatırladaq ki, hadisə 2020-ci ilin 25 mayında olub. Polis əməkdaşı Derek Şovin afroamerikalı Corc Floydu həbs edərək, boğucu üsul tətbiq edib. Floyd bundan az sonra ölüb. Hadisədən 1 gün sonra Şovin və afroamerikalının həbsində iştirak edən daha üç polis işdən çıxarılıb.
Bundan sonra ölkədə kütləvi etirazlar və qarışıqlıqlar olub. İctimai asayişi bərpa etmək üçün hüquq-mühafizə orqanlarına ABŞ-ın milli qvardiyası da qoşulub. Vaşinqton və Nyu-York da daxil olmaqla, təxminən 40 şəhərdə komendant saatı tətbiq olunub.