Nyu-york ştatının məhkəməsindəki münsiflər heyəti prokurorluğun afroamerikalı Daniel Prudun Roçester şəhərində saxlandıqdan sonra ölümü ilə bağlı məhkəmə işinə başlamaq üçün kifayət qədər səbəbin olmadığı qənaətinə gəlib.
“Report”un məlumatına görə, bunu tvitterdə ştatın baş prokuroru Letisiya Ceyms yazıb.
Onun sözlərinə görə, polislərin mühakimə edilməsi üçün yetərli dəlil olsa da münsiflər heyəti yekun qərarı qəbul ediblər.
Qeyd edək ki, 2020-ci ilin 23 mart tarixində əqli problemləri olan Daniel Prud adlı afroamerikalı küçədə çılpaq qaçaraq koronavirusa yoluxduğunu deyib. Polisə müqavimət göstərməyən Prudun əlləri qandallanıb. Daha sonra polis əməkdaşları onun başına plastik torba keçirib.
Baş nahiyyəsinə təzyiq göstərilən Prud huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və o bir həftə sonra həyatını itirib.