ABŞ-ın Merilend ştatının Frederik şəhərində baş verən atışma nəticəsində azı 3 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə şəhər polisi tvitterdə məlumat yayıb.
Hadisə səhər saatlarında daş tədarükü və nəqliyyat daşımaları ilə məşğul olan şirkətlərin yerləşdiyi şəhər kənarında baş verib.
“İki qurban və şübhəli öldürülüb”, - polisin məlumatında deyilir.
Polis hadisə yerinə yaxın ərazilərdən yan qaçmağı tövsiyə edir.