ABŞ-ın Nyu-York şəhərində silahlı insident zamanı 1 nəfər yaralanıb.
“Report”un məlumatına görə, bu barədə polisdəki mənbələrə istinadən “New York Post” qəzeti bildirib.
Nəşr qeyd edib ki, hadisə zərərçəkən şəxsin ailəsi ilə Nyu-Yorkun mərkəzində, Tayms-skverdə yerləşən "Mariott" mehmanxanasının yanından gedən vaxt olub. Bu zaman ona güllə dəyib.
Yaralı xəstəxanaya çatdırılıb, onun səhhəti barədə məlumat verilmir. Qəzet qeyd edib ki, həmin şəxs insident zamanı təsadüfən yoldan keçirmiş, o, atışmada iştirak etməyib.
Polis əməkdaşları silahlı insidentdə iştirak edən iki nəfəri axtarır.