ABŞ-da atışma olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

ABŞ-da atışma olub, ölənlər və yaralananlar var - YENİLƏNİB Hadisənin səbəbi araşdırılır
Digər ölkələr
27 Mart , 2021 11:26
ABŞ-da atışma olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

ABŞ-ın Virciniya ştatının Virciniya-Biç şəhərində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə polis rəisi Pol Nyudiqeyt bildirib.

10:45

ABŞ-ın Virciniya ştatının Virciniya-Biç şəhərində baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis tvitter səhifəsində məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Polis yerli sakinləri hadisə baş verən rayona səfər etməməyə çağırıb.

Hadisənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi