Həftə sonu ABŞ-da atışmalarda ən az 233 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, iyulun 3-dən 5-dək, ölkə daxilində atışma ilə nəticələnən 500-dən çox hadisədə ən azı 618 nəfər yaralanıb.
Təkcə Nyu-Yorkda 26 nəfər yaralanıb. Eyni hadisələr Çikaqo, Texas, Virciniya, Ohayo, Dallas və Atlanta da baş verib.
Beləliklə, Çikaqoda 14 nəfər öldürülüb, daha 83 nəfər yaralanıb.