ABŞ-ın Florida ştatının Mayami Deyd dairəsində binanın dağılmasından sonra 156 nəfərin taleyi naməlum qalır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Mayami Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava bildirib.
“Axtarış işləri davam edir. Həlak olan şəxslərin sayı 5 nəfərə çatıb. Biz indiyə qədər 156 nəfərin taleyi barədə heç nə bilmirik ”, - Mayami Deyd dairəsinin meri mətbuat konfransında bildirib.
Xatırladaq ki, Mayami Deyd dairəsinin Sörfsayd şəhərciyində bina qismən dağılıb. Hadisə yerinə 80 xilasetmə briqadası yönləndirilib. İndiyədək onlarla insanın dağıntılar altından çıxarıldığı bildirilir.
Kava əlavə edib ki, xilasedicilər dağıntılar altında insanların sağ qalmasına ümid edirlər.