ABŞ-ın şərq sahillərində qarlı və çovğunlu havaların yaratdığı fəsadlar Pensilvaniya və Mariland ştatlarında 4 nəfərin ölümünə səbəb olub.
“Report” NBC-yə istinadən xəbər verir ki, onların üçü sürüşkən yollarda baş verən qəzalar nəticəsində, 67 yaşlı qadın isə çovğunda yolunu azaraq don vurmasından dünyasını dəyişib.
Daha əvvəl verilən məlumatlara görə, əlverişsiz havalar üzündən Nyu York şəhəri və qonşu Nyu Cersi ştatının hava limanlarında yüzlərlə uçuş ləğv edilib. Nyu Cersi ştatının Nyuton şəhərində qarın qalınlığı 80 sm-dən artıq olub. Konnektikut ştatında çovğun və şaxta səbəbindən koronavirusa qarşı 10 minədək sakinin peyvəndlənməsi təxirə salınıb. Nyu Cersi ştatında da 6 peyvəndləmə mərkəzi müvəqqəti bağlanıb.