ABŞ-ın paytaxtı Vaşinqtonda tikilməkdə olan binanın dağılması nəticəsində bir neçə nəfər xəsarət alıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli xilasetmə xidməti bildirib.
Qeyd edilir ki, dağıntılar altında hələ 1 nəfər qalır.
Uçan kiçik binadır, o tamamilə dağılıb.
"Bir inşaatçını çıxarmaq üçün (bizim əməkdaşlarımız-red) aktiv xilasetmə işləri həyata keçirirlər", - şəhərin tibbi-yanğınsöndürmə xidməti tvitterdəki hesabında yazıb.
Məlumata görə, qəza zamanı xəsarət alanların həyatı üçün təhlükə yoxdur.
Daha əvvəl - iyunun 24-ə keçən gecə Florida ştatının Mayami Deyd dairəsinin Sörfsayd şəhərciyində 12 mərtəbəli bina qismən dağılıb. Qəza nəticəsində azı 18 nəfər ölüb, daha 145 nəfərin taleyi naməlumdur.