ABŞ-ın Kentukki ştatında güclü daşqınlar nəticəsində azı 15 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Kentukki ştatının qubernatoru Endi Beşer bildirib ki, ölənlərin sayı arta bilər.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində bəzi evlər dağılıb, məktəblər su altında qalıb.