ABŞ-ın Kentukki ştatında güclü yağışların səbəb olduğu daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb, 250 nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Dünən ABŞ Prezidenti Cozef Bayden Kentukki ştatında fövqəladə vəziyyətin elan edilməsini təsdiqləyib. Ştatın 17 mindən çox sakini elektrik enerjisiz qalıb.